...

Azərbaycanda ilk iş günü üçün hava proqnozu açıqlanıb

Cəmiyyət Materials 3 Avqust 2014 14:21 (UTC +04:00)
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Azərbaycanda ilk iş günü üçün hava proqnozu açıqlanıb

Azərbaycan, Bakı, 3 avqust /Trend/

Bakıda və Abşeron yarımadasında avqustun 4-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Trend-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildiriblər ki, əsasən gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 20-25° isti, gündüz 30-35° isti, Bakıda gecə 22-24° isti, gündüz 31-33° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı - 757 mm civə sütunundan 753 mm civə sütununa enəcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26° isti, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 26-27° isti, Türkan, Hövsan, Şıx, Sahildə 27-28° isti təşkil edəcək.

Azərbaycan rayonlarında əsasən hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Temperaturun gecə 18-23° isti, gündüz 32-37° isti olacağı gözlənilir, dağlarda gecə 14-19° isti, gündüz 23-28° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti