...

Bakıda hava nisbətən sərinləşəcək

Cəmiyyət Materials 11 Avqust 2014 13:06 (UTC +04:00)
Sabah Bakıda şimal küləyinin əsməsi ilə havanın temperaturu bir qədər enəcək.
Bakıda hava nisbətən sərinləşəcək

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Bakıda şimal küləyinin əsməsi ilə havanın temperaturu bir qədər enəcək. Yaxın iki gün ərzində Bakıda ötən günlərlə müqayisədə hava nisbətən sərin olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında avqustun 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb və şimal küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 23-27, gündüz 32-36 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarda sabah hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 13-17, gündüz 25-30 dərəcə isti olacaq.

Yaxın 2 gün ərzində Abşeron yarımadasında davam edən isti diskomfort temperatur rejiminə baxmayaraq küləkli hava şəraiti müsbət amildir. Eyni zamanda avqustun 13-ü axşamdan 14-ü axşamadək atmosfer təzyiqinin iqlim normasına yaxınlaşması, avqustun 14-də temperaturun ötən günlərlə müqayisədə 3-4 dərəcə aşağı enməsi meteohəssas insanlar üçün əlverişlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti