...

Tovuz və Şamaxı rayonlarında baş vermiş yanğının meşə torpaqlarına keçməsinin qarşısı alınıb

Cəmiyyət Materials 21 Avqust 2014 10:07 (UTC +04:00)
Yanğın nəticəsində bələdiyyə torpaqlarına məxsus quru ot örtüyü və kol-kos yanıb.
Tovuz və Şamaxı rayonlarında baş vermiş yanğının meşə torpaqlarına keçməsinin qarşısı alınıb

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Avqustun 19-da Tovuz və Şamaxı rayonlarının kənd bələdiyyələrinə məxsus bir neçə ərazisində baş vermiş yanğın hadisəsinin meşə torpaqlarına keçməsinin qarşısı alınıb. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, dərhal əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının birgə səyləri nəticəsində yanğının meşə torpaqlarına keçməsinin qarşısı alınıb.

Yanğın nəticəsində bələdiyyə torpaqlarına məxsus quru ot örtüyü və kol-kos yanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti