...

Bakıda təcili yardıma müraciət edənlər arasında ürək-damar xəstələri üstünlük təşkil edir

Cəmiyyət Materials 21 Avqust 2014 11:34 (UTC +04:00)
Bu il yay mövsümündə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciətlərin böyük əksəriyyəti ürək-damar və tənəffüs xəstəlikləri ilə bağlıdır.
Bakıda təcili yardıma müraciət edənlər arasında ürək-damar xəstələri üstünlük təşkil edir

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Bu il yay mövsümündə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciətlərin böyük əksəriyyəti ürək-damar və tənəffüs xəstəlikləri ilə bağlıdır. Bu barədə Trend-ə stansiyanın baş həkiminin müavini Oqtay Şahmalıyev məlumat verib.

Onun sözlərinə görə, gün ərzində təxminən 1800 çağırış olur. Müraciət edənlərin təxminən 10 faizi xəstəxanalara yerləşdirilir.

Dəniz mövsümü başlayandan isə 67 nəfər suda boğulma ilə əlaqədar müraciət edib. Onlardan 30 nəfəri dünyasını dəyişib.

Yay aylarında 36 nəfəri ilan, 70 nəfəri isə digər həşəratlar sancıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti