...

Azərbaycanda pedaqoji universitetin kampusunun layihəsi hazırlanır

Cəmiyyət Materials 22 Avqust 2014 13:08 (UTC +04:00)
Bu ildən müəllimlik ixtisasları üzrə qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələrin həvəsləndirmə proqramına başlamışıq.
Azərbaycanda pedaqoji universitetin kampusunun layihəsi hazırlanır

Azərbaycan, Bakı, 22 avqust /Trend/

"Bu ildən müəllimlik ixtisasları üzrə qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələrin həvəsləndirmə proqramına başlamışıq. Qarşıdan gələn dərs ilindən qəbul imtahanlarında yüksək nəticə göstərən 300 tələbəyə, əlavə olaraq, 100 manat xüsusi təqaüd veriləcək. Biz hesab edirik ki, bu tədbir gənc müəllimlər üçün əlavə stimul rolunu oynayacaq". Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov "Azərbaycan müəllimi" qəzetinə müsahibəsində deyib.

M.Cabbarov deyib ki, nazirlik gənclərdə bu peşəyə maraq yaratmağa çalışırıq: "Bu istiqamətdə dövlət başçısının xeyir-duası ilə və şəxsi nəzarəti altında pedaqoji universitetin kampusunun layihəsi hazırlanır. Orada gələcək müəllimlərin dünyagörüşünün formalaşdırılması və keyfiyyətli təhsil almaları üçün mühit yaradılacaq.
Biz müəllimlərin karyera inkişafı üçün də real addımlar atmışıq. Yaxın vaxtlarda biz bunu elan edəcəyik. Azərbaycan Respublikası Baş nazirinin göstərişi ilə bölgələrdə - kənd məktəblərində işləyən müəllimlərin iş şəratinin yaxşılaşdırılması üçün təkliflər paketi hazırlayırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti