...

Ombudsman Aparatının əməkdaşları müraciət üzrə yerində araşdırma aparıblar

Cəmiyyət Materials 22 Avqust 2014 15:18 (UTC +04:00)
Bakı şəhəri, Pirallahı rayon sakinlərinin aparılan abadlıq və yenidənqurma işləri ilə əlaqədar qarşılaşdıqları kommunal problemlərlə bağlı müvəkkilin ünvanına daxil olmuş müraciəti əsasında Aparatın əməkdaşları tərəfindən, rayon icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə yerində araşdırma aparılıb.
Ombudsman Aparatının əməkdaşları müraciət üzrə yerində araşdırma aparıblar

Azərbaycan, Bakı, 22 avqust /Trend/

Bakı şəhəri, Pirallahı rayon sakinlərinin aparılan abadlıq və yenidənqurma işləri ilə əlaqədar qarşılaşdıqları kommunal problemlərlə bağlı müvəkkilin ünvanına daxil olmuş müraciəti əsasında Aparatın əməkdaşları tərəfindən, rayon icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə yerində araşdırma aparılıb.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ərizəçilərlə görüş zamanı onların yaşadığı və təmir-bərpa işlərinin aparıldığı yaşayış binasına baxış keçirilib, binaya bitişik qanunsuz tikililərin söküldüyü, su və kanalizasiya xətlərinin bərpası üzrə işlərin görüldüyü, bütün işlərin dövlət hesabına həyata keçirildiyi məlum olub.

Rayon icra hakimiyyətinin nümayəndələri tərəfindən ərizəçilərə təmir-bərpa işlərinin qısa müddətdə başa çatdırılacağı, aparılan işlərlə bağlı narahatlıq doğuran halların, o cümlədən yaranmış müvəqqəti kommunal problemlərin aradan qaldırılacağı və sakinlər üçün lazımi şəraitin yaradılacağı bildirilib.

Ərizəçilər müraciətləri ilə bağlı araşdırmanın nəticələrindən razı qaldıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti