...

Bakının bütün rayonlarında elektrik enerjisinin verilişi tam bərpa olunub

Cəmiyyət Materials 23 Avqust 2014 12:52 (UTC +04:00)
"Bakıelektrikşəbəkə" SC Bakının bütün rayonlarında elektrik enerjisinin verilişini tam bərpa edib.
Bakının bütün rayonlarında elektrik enerjisinin verilişi tam bərpa olunub

Azərbaycan, Bakı, 23 avqust/Trend, müxbir Zülfiyyə Qurbanova/

"Bakıelektrikşəbəkə" ASC Bakının bütün rayonlarında elektrik enerjisinin verilişini tam bərpa edib. Bunu şənbə günü Trend-ə ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, alternativ elektrik xətlərindən və yarımstansiyalardan istifadə hesabına elektrik enerjisinin verilişi bərpa olunub.

T. Mustafayev qeyd edib ki, hazırda elektrik enerjisinin fasiləsiz verilişi ilə bağlı problem yoxdur: "Hazırda zədələnmiş elektrik ötürücü xətlərin bərpa edilməsi məqsədilə iş aparılır".

Xatırladaq ki, dünən gecə Bakının Yasamal rayoununda yanacaq daşıyan maşının partlaması nəticəsində yüksək gərginlikli elektrik xətləri sıradan çıxmışdı. Yasamal və Nəsimi rayonlarının bəzi yerlərinə elektrik enerjisinin verilişi dayandırılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti