...

Azərbaycanda istirahət gününün hava proqnozu

Cəmiyyət Materials 23 Avqust 2014 12:48 (UTC +04:00)
Sabah Azərbaycanda isti hava şəraiti davam edəcək.
Azərbaycanda istirahət gününün hava proqnozu

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Sabah Azərbaycanda isti hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, avqustun 24-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-27, gündüz 32-37 dərəcə isti olacaq.

Sabah Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti