...

Bakı dairəvi avtomobil yolunun 8 km-də hərəkət tam məhdudlaşdırılacaq (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 23 Avqust 2014 15:12 (UTC +04:00)
Avqustun 24-dən 25-ə keçən gündən etibarən Bakı dairəvi avtomobil yolunun Beynəlxalq Avtovağzal adlanan ərazisindən yolun 8-ci km-nə qədər olan hissəsində (Sədərək bazarı adlanan əraziyə qədər olan hissədə) nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.
Bakı dairəvi avtomobil yolunun 8 km-də hərəkət tam məhdudlaşdırılacaq (ƏLAVƏ OLUNUB)

əlavə olunub (ilk xəbər saat 14:07-də yayılıb)

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Avqustun 24-dən 25-ə keçən gündən etibarən Bakı dairəvi avtomobil yolunun Beynəlxalq Avtovağzal adlanan ərazisindən yolun 8-ci km-nə qədər olan hissəsində (Sədərək bazarı adlanan əraziyə qədər olan hissədə) nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.

Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, hərəkətin məhdudlaşdırılması yolun asfalt-beton örtüyünün aşınma qatının yenilənməsi ilə bağlıdır.

P.Mürsəliyev qeyd edib ki, sürücürlər alternativ yol olaraq Xocasən-Lokbatan yolundan hərəkət edərək Sədərək dairəsinə çıxmaqla yenə də Bakı dairəvi avtomobil yolunun 8-ci km-nə çıxıb və oradan Lökbatan istiqamətinə gedə bilərlər.

P.Mürsəliyev əlavə edib ki, eyni zamanda Bakı Şəhər Yol Polisi İdarəsdi istiqamətindən gələn nəqliyyat vasitələri Bakı dairəvi yolunun 4-cü km-də yerləşən yol ötürücüsündən dönmə əməliyyatı etməklə Sədərək istiqamətinə hərəkət edə bilməyəcəklər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov da Trend-ə bildirib ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinin və sürücülərinin nəzərinə çatdırır ki, təxminən 1 həftə müddətində qeyd edilən alternativ yoldan istifadə etsinlər.

V.Əsədov sürücülərə tövsiyə edib ki, bütün bunları nəzərə alıb, həmin ərazidə tıxacların, yol qəza hadisələrinin yaranmaması üçün əvvəlcədən getdikləri istiqaməti müəyyənləşdirinlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti