...

Kəmaləddin Heydərov Şirvanda vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 26 Avqust 2014 12:08 (UTC +04:00)
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov avqustun 28-də Şirvan şəhərində vətəndaşların qəbulu keçiriləcə.
Kəmaləddin Heydərov Şirvanda vətəndaşları qəbul edəcək

Azərbaycan, Bakı, 26 avqust / Trend/

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov avqustun 28-də Şirvan şəhərində vətəndaşların qəbulu keçiriləcə.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, qəbulda Şirvan, Salyan, Neftçala və Biləsuvar rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır.

Qəbula gələn vətəndaşların qeydiyyatı Bəhruz Aslanov adına 16 nömrəli tam orta məktəbin binasında (ünvan: Şirvan şəhəri, Tofiq İsmayılov küçəsi, 15) avqustun 27-sı saat 09:00-dan başlayacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. Qəbul saat 11:00-dan başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti