...

Azərbaycan sinoptiklərindən xəbərdarlıq (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 28 Avqust 2014 12:48 (UTC +04:00)
Sabah gecəyə doğru Azərbaycanda hava şəraiti dəyişəcək, lakin günorta saatlarında havanın temperaturunun 40 dərəcə olacağı proqnozlaşdırılır.
Azərbaycan sinoptiklərindən xəbərdarlıq (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Sabah gecəyə doğru Azərbaycanda hava şəraiti dəyişəcək, lakin günorta saatlarında havanın temperaturunun 40 dərəcə olacağı proqnozlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, gün ərzində əsasən yağmursuz olacaq, səhər yarımadanın bəzi yerlərində zəif duman proqnozlaşdırılır. Cənub-şərq küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 25-28, gündüz 35-40 dərəcə isti olacaq. Avqustun 30-da havanın temperaturu 5-8 dərəcə enəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin axşam dağlıq ərazilərdə şimşək çaxacaq, qısamüddətli az yağış yağacaq. şərq küləyi arada güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 14-19, gündüz 26-31 dərəcə isti olacaq.

Azərbaycan sinopdikləri bəyan edib ki, uzun müddət davam edən anomal isti hava şəraitindən sonra avqustun 29-u axşamdan 31-i axşamadək Abşeron yarımadasında və bəzi rayonlarda güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Əsasən gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Temperatur ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

Avqustun 29-da Abşeron yarımadasında güclü isti temperatur diskomfortu, havada rütubətin çox olması, gecə və səhər saatlarında durğun hava şəraitinin üstünlüyü əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün xüsusilə əlverişsizdir. Günorta saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.

Avqustun 30-31-də güclü xəzri küləyi nəticəsində havanın temperaturu tədricən enəcək ki, bu da müsbət amildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti