...

Misirin Şarm Əl-Şeyx şəhəri ilə Azərbaycanın turizm şəhərləri arasında qardaşlaşma sazişləri imzalanacaq

Cəmiyyət Materials 28 Avqust 2014 14:32 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Aydın İsmiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında turizm əlaqələrinin genişləndirilməsi məqsədilə ikitərəfli görüşlər keçirmək üçün bu ölkədə səfərdədir.
Misirin Şarm Əl-Şeyx şəhəri ilə Azərbaycanın turizm şəhərləri arasında qardaşlaşma sazişləri imzalanacaq

Azərbaycan, Bakı, 28 avqust /Trend/

Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Aydın İsmiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında turizm əlaqələrinin genişləndirilməsi məqsədilə ikitərəfli görüşlər keçirmək üçün bu ölkədə səfərdədir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinin üzvləri Şarm Əl-Şeyx şəhərində Cənubi Sina vilayətinin qubernatoru general Xalid Fuda ilə görüşüblər.

Görüşdə nazirliyin Turizm şöbəsinin müdiri A.İsmiyev ölkəmizdə turizmin inkişafı naminə həyata keçirilən mühüm layihələrdən və bu sahənin inkişafının Azərbaycan dövlətinin hər zaman diqqət mərkəzində olmasından söz açıb.

O, Şarm Əl-Şeyx şəhərindəki bir sıra turizm obyektləri və hotellərlə yaxından tanış olduqlarını bildirərək, buradakı işləri yüksək qiymətləndirib və tezliklər misirli turistləri Azərbaycanda görmək istədiyini vurğulayıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Şarm Əl-Şeyx şəhəri ilə ölkəmizin turizm şəhərləri arasında qardaşlaşma saziş və protokollarının imzalanması, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensivləşdirilməsi və birbaşa hava xəttinin açılması məsələsini müzakirə etmək məqsədilə Cənubi Sinanın qubernatorunu Azərbaycana səfərə dəvət edib.

Cənubi Sina vilayətinin qubernatoru general X.Fuda bu dəvəti məmnuniyyətlə qəbul edərək, nümayəndə heyətinin üzvlərinə Şarm Əl-Şeyx şəhəri, onun zəngin turizm imkanları, müxtəlif ölkələrdən gələn turistlər haqqında ətraflı məlumat verib.

Görüşdə Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev, Misirin daxili işlər nazirinin birinci müavini general Mahmud Əl-Həfnəvi, Cənubi Sina vilayətinin təhlükəsizlik müdiri general Hatim Əmin iştirak ediblər.

Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri A.İsmiyev bildirib ki, avqustun 29-dək davam edəcək səfər çərçivəsində bir sıra səmərəli görüşlər keçirilib: "Buradakı böyük turizm obyektləri və hotellərlə yaxından tanış olmuşuq. Hazırda Şarm Əl-Şeyx şəhərində müzakirələrimizi başa vuraraq Qahirəyə yola düşürük. Qahirədə bizi bir sıra görüşlər gözləyir. Bu sırada Misirin turizm naziri ilə görüşümüz xüsusi əhəmiyyət daşıyır. İnanırıq ki, qarşılıqlı səfərlər Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında turizm əlaqələrinin genişlənməsinə öz töhfəsini verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti