...

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Cəmiyyət Materials 29 Avqust 2014 10:39 (UTC +04:00)
Azərbaycanın bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə Trend-ə “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 29 avqust /Trend/

Azərbaycanın bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə Trend-ə "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata əsasən, qaz nəqli və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar saat 18:00-dək Qazax rayonunun bir hissəsinə, saat 21:00-dək Kürdəmir rayonunun Çöhranlı və Bağman kəndlərinə, saat 11:00-dan təmir işləri sona çatanadək isə Qaradağ rayonunun Umbakı qəsəbəsinə və Əzimkənd kəndinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti