...

Azərbaycan ərazisində hava nisbətən sərinləşəcək

Cəmiyyət Materials 29 Avqust 2014 13:31 (UTC +04:00)
Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 23-26, gündüz 28-32 dərəcə isti olacaq.
Azərbaycan ərazisində hava nisbətən sərinləşəcək

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Sinoptiklərin proqnozlaşdırdığı kimi, sabah Azərbaycan ərazisində hava nisbətən sərinləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, avqustun 30-da Bakı və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək. Hava şəraitinin dəyişkən buludlu, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 23-26, gündüz 28-32 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında avqustun 30-da əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 21-26, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti