...

Ramil Usubov Şəkidə vətəndaşları qəbul edib

Cəmiyyət Materials 30 Avqust 2014 17:05 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri Ramil Usubov avqustun 30-da Şəki Şəhər Rayon Polis Şöbəsində növbəti qəbul keçirib.
Ramil Usubov Şəkidə vətəndaşları qəbul edib

Azərbaycan, Bakı, 30 avqust /Trend/

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri Ramil Usubov avqustun 30-da Şəki Şəhər Rayon Polis Şöbəsində növbəti qəbul keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbulda Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ rayonlarından olan 45 nəfər iştirak edib.

Vətəndaşları şəxsən dinləyən nazir onları narahat edən problemlərin qanunvericiliyə uyğun və operativ həlli üçün qəbulda iştirak edən Baş İdarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı olan müraciətlərin əksəriyyəti öz həllini yerində tapıb, digərlərinin aidiyyəti dövlət orqanlarına göndəriləcəyi diqqətə çatdırılıb.

Bununla yanaşı, kütləvi informasiya vasitələrində öncədən verilmiş elana uyğun olaraq, həmin rayonlar üzrə qəbulda polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan 59 nəfər də iştirak edib. General-polkovnik R.Usubov onların arasından xidmətə yararlı olan gənclərin sənədlərinin hazırlanması üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə tapşırıq verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti