...

Azərbaycan sinoptikləri sentyabrın ilk gününə hava proqnozunu açıqladı

Cəmiyyət Materials 31 Avqust 2014 14:15 (UTC +04:00)
Sentyabrın ilk günündə Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir
Azərbaycan sinoptikləri sentyabrın ilk gününə hava proqnozunu açıqladı

Azərbaycan, Bakı, 31 avqust /Trend/

Sentyabrın ilk günündə Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildiriblər.

Bakıda gecə 23-25° isti, gündüz 30-32° isti olacağı ehtimalı var.

Abşeron çimərliklərində: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə dəniz suyunun temperaturu 25-26° isti, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 26-27° isti, Türkan, Hövsan, Şıx, Sahildə 27-28° isti təşkil edəcək.

Rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Temperaturun gecə 18-23° isti, gündüz 30-35° isti olacağı gözlənilir. Dağlarda əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Havanın temperaturunun gecə 14-19° isti, gündüz 27-32° isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti