Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir İlkin İzzət/
Bakıda zəncirvari avtomobil qəzası yolda hərəkəti iflic edib.
Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata görə, Heydər Əliyev prospekti - Kənar yolda (şəhər istiqamətində) baş vermiş zəncirvari yol qəzası hadisəsi nəticəsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.
Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti - əsas yoldan istifadə etmələri tövsiyə olunur.