...

Bakıda daha bir yol bağlanacaq

Cəmiyyət Materials 2 Sentyabr 2014 16:26 (UTC +04:00)
Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq.
Bakıda daha bir yol bağlanacaq

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Akademik Həsən Əliyev küçəsinin Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməsindən Əliyar Əliyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərə alternativ olaraq Fətəli xan Xoyski küçəsindən istifadə etmələri tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti