...

YAP gəncləri "Azərkosmos"da ekskursiyada olublar (FOTO)

Cəmiyyət Materials 5 Sentyabr 2014 14:56 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin bir qrup gənci "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətində ekskursiyada olub.
YAP gəncləri "Azərkosmos"da ekskursiyada olublar (FOTO)

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin bir qrup gənci "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətində ekskursiyada olub.

Gənclər Birliyindən Trend-ə verilən məlumata görə, ekskursiya Azərkosmos Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzi ilə tanışlıqla başlayıb. Gənclərə qurumun fəaliyyəti haqqında ətraflı məlumat verilərək bildirilib ki, 2010-cu il 3 may tarixində təsis edilən "Azərkosmos" Qafqazda əsas peyk operatorudur.

Müəssisənin əsas fəaliyyəti müştəri tələblərinə cavab verən operator kimi müəyyən edilib. ASC peyk rabitəsi əsasında yayım və geniş zolaqlı internet xidmətlərinin göstərilməsi və hökumət müştərilərinin yüksək etibarlı rabitə platformaları ilə təmin edilməsi istiqamətində iş aparır.

Peyk Mərkəzi Asiya, Avropa və Afrikanın 50-dən artıq ölkəsini birləşdirən kosmik məkanda əsas rol oynayır. Gənclərin gələcəkdə potensial kadr olaraq yetişməsində belə ekskursiyaların rolu önəmlidir. Gənclər ekskursiya zamanı ehtiyat yerüstü peyk idarəetmə mərkəzi ilə də tanış olublar. Burada gənclərə peykin idarə olunması üçün müxtəlif təyinatlı antenalar, onların funksiya və fəaliyyəti barədə məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti