...

Azərbaycanda yaxın günlərin hava proqnozu açıqlandı

Cəmiyyət Materials 6 Sentyabr 2014 12:29 (UTC +04:00)
Yaxın 2-3 gündə Azərbaycanda hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Azərbaycanda yaxın günlərin hava proqnozu açıqlandı

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

Yaxın 2-3 gündə Azərbaycanda hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Sentyabrın 7-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 19-24, gündüz 28-32 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 7-də hava gün ərzində yağmursuz keçəcək, şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturunun gecə 19-24, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti