...

Bakıda asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar iki yol bağlanıb (FOTO)

Cəmiyyət Materials 15 Sentyabr 2014 12:17 (UTC +04:00)
Paytaxtda asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar olaraq iki yol bağlanıb.
Bakıda asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar iki yol bağlanıb (FOTO)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İlkin İzzət/

Paytaxtda asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar olaraq iki yol bağlanıb.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə bildiriblər ki, hazırda paytaxtın Bülbül prospektinin Salatın Əsgərova küçəsi ilə kəsişmədən Füzuli küçəsi ilə kəsişməsinə kimi, eləcə də Salatın Əsgərova küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsinədək kəsişməsinə kimi olan hissədə asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar olaraq yol bağlıdır.

Sürücülərə Bülbül prospektinə alternativ olaraq Səməd Vurğun küçəsindən, Salatın Əsgərova küçəsinə alternativ olaraq isə Füzuli küçəsindən istifadə etmələri tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti