...

Azərbaycanda hava şəraiti kəskin dəyişəcək, temperatur 10 dərəcəyədək enəcək (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 15 Sentyabr 2014 13:10 (UTC +04:00)
Azərbaycanda hava şəraiti dəyişəcək, Bakıda havanın temperaturu 8, rayonlarda isə 10 dərəcəyə kimi enəcək.
Azərbaycanda hava şəraiti kəskin dəyişəcək, temperatur 10 dərəcəyədək enəcək (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda hava şəraiti dəyişəcək, Bakıda havanın temperaturu 8, rayonlarda isə 10 dərəcəyə kimi enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 16-dan 17-nə keçən gecədən başlayaraq, sentyabrın 19-dək Bakıda və Abşeron yarımadasında şimal küləyinin güclənəcəyi ehtimalı var.

Sentyabrın 17-19-da ötən günlərlə müqayisədə havanın temperaturu tədricən 5-8 dərəcə enəcək. Əsas hava dəyişikliyi sentyabrın 17-də müşahidə ediləcək. Sentyabrın 18-də günorta saatlarında havanın temperaturu Bakıda 20-24 dərəcə isti olacaq. Paytaxtda yağış yağacağı ehtimalı var.

Sentyabrın 16-sı axşamdan Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq, sentyabrın II ongünlüyünün sonuna kimi hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, bəzi rayonlarda, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların leysan xarakterli, intensiv olacağı gözlənilir. Proses qərb küləyinin güclənməsi ilə müşayiət olunacaq.

Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10 dərəcəyədək enəcək.

Prosesin gedişatından asılı olaraq, hər gün yeni məlumatlar təqdim ediləcək.

Sentyabrın 16-sı axşamdan 18-i gündüzədək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli dəyişməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti