...

FHN də Bilik Gününü qeyd etdi (FOTO)

Cəmiyyət Materials 15 Sentyabr 2014 14:25 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Bilik Günü münasibətilə mərasim keçirilmişdir.
FHN də Bilik Gününü qeyd etdi (FOTO)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Bilik Günü münasibətilə mərasim keçirilmişdir.

FHN-dən Trend-ə verilən məlumata görə, mərasim iştirakçıları ulu öndər Heydər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuşlar.

Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti, kursantları və valideynlərinin iştirak etdiyi mərasimdə FHN Akademiyasının rəisi, general-mayor Pənah Süleymanov məruzə etmişdir. Natiq bildirmişdir ki, açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etdiyi FHN Akademiyasının binası növbəti tədris ilində yeni kursantları qəbul edir. Dövlətimizin başçısının yüksək qayğısı ilə əhatə olunmuş gənclər bütün sahələrdə olduğu kimi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində də zəngin bilik və bacarıqlara yiyələnəcəklər.

FHN Akademiyasına yüksək - 624 balla qəbul olunmuş kursant Ülvi Əliyevin atası Mübariz Əliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təhsilə göstərilən yüksək diqqət və qayğıya görə təşəkkürünü bildirmişdir.

Sonra 2013-2014-cü tədris ilində "Ən yaxşı tədris tağımı" müsabiqəsinin qalibi olmuş tağım FHN Akademiyasının bayrağını meydana gətirmiş və kursantlar təntənəli marşla tribunanın önündən keçmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti