...

Mübariz Qurbanlı Qubada bölgə sakinlərini qəbul edib (FOTO)

Cəmiyyət Materials 16 Sentyabr 2014 15:55 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Qubada vətəndaşları qəbul edib.
Mübariz Qurbanlı Qubada bölgə sakinlərini qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İlkin İzzət/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Qubada vətəndaşları qəbul edib.

DQİDK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 16-da Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qubada vətəndaşları qəbul edib. Qəbula Quba ilə yanaşı, şimal regionunun digər rayonlarından olan sakinlər də qatılıblar.

DQİDK-nın sədri görüşə gəlmiş vətəndaşları narahat edən məsələləri dinləyib, təkliflər barədə birgə fikir mübadiləsi aparılıb. Görüşdə dindarlar Komitə sədri ilə əsasən ibadətgahların, dini icmaların və məscidlərin qeydiyyatı məsələsi barədə söhbət aparıblar.

Görüşdə vətəndaşlardan bir sıra şikayətlərin daxil olduğunu bildirən M.Qurbanlı bu məsələlərin tezliklə həll ediləcəyini bildirib. O, həmçinin şimal regionunda yaşayan din xadimlərinin, həmçinin dini icmaların təşkilatçılığını yüksək qiymətləndirib.

Sonda vətəndaşlar tərəfindən edilən müraciətlərin həlli istiqamətində tapşırıq və tövsiyələr verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti