...

194 nömrəli məktəbin əsaslı təmirdən sonra açılışı olub (FOTO)

Cəmiyyət Materials 16 Sentyabr 2014 18:18 (UTC +04:00)
Bu gün Bakı şəhərində 194 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.
194 nömrəli məktəbin əsaslı təmirdən sonra açılışı olub (FOTO)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Bu gün Bakı şəhərində 194 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdiyeva və digər rəsmi qonaqlar iştirak ediblər.

C.Bayramov Bilik Günü və məktəbin açılışı münasibətilə təhsil işçilərini, məktəbliləri, valideynləri təbrik edərək onlara yeni dərs ilində uğurlar arzulayıb. Prezident İlham Əliyevin təhsilə göstərdiyi qayğı və diqqətdən danışan nazir müavini son illər ölkəmizdə çoxlu sayda məktəblərin tikildiyini, əsaslı təmir olunduğunu vurğulayıb.

Tədbirdə çıxış edən J.Abdiyeva məktəb binalarının əsaslı təmir olunmasını, müasir standartlara uyğun yeni məktəblərin tikilərək istifadəyə verilməsini əlamətdar hadisə adlandırıb.

Valideynlər adından çıxış edən Ləman Şamilova təhsil sahəsində görülən işləri alqışlayıb və övladlarının yaradılan bu imkanlardan istifadə edərək Vətənə layiqli insan kimi yetişməsinə çalışacaqlarını bildirib.

Təhsil nazirinin müavini C.Bayramov məktəbin açılışı münasibətilə lenti kəsib. Qonaqlar sinif otaqlarında və fənn kabinetlərində yaradılan şəraitlə tanış olublar, şagird və müəllimlərlə söhbət edərək fikirlərini açıqlayıblar.

Məktəbdə "Çağırışaqədərki hərbi hazırlıq" fənninin tədrisi üçün müasir tələblərə cavab verən hərbi kabinet də yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti