...

Azərbaycanda əmək müfəttişlərinin sayı və səlahiyyətləri artırılacaq

Cəmiyyət Materials 17 Sentyabr 2014 12:43 (UTC +04:00)
Azərbaycanda əmək müfəttişlərinin sayının artırılması istiqamətində iş gedir. Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında bildirib.
Azərbaycanda əmək müfəttişlərinin sayı və səlahiyyətləri artırılacaq

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda əmək müfəttişlərinin sayının artırılması istiqamətində iş gedir. Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında bildirib.

S.Müslümov qeyd edib ki, hazırda Azərbaycanda əmək müfəttişlərinin sayı cəmi 370 nəfərdir. Bu isə çox aşağı rəqəmdir və dünya və Avropa standartlarından bir neçə dəfə geri qalır: "Biz hazırda əmək müfəttişlərinin sayının artırılması məsələsi üzərində işləyirik. Yəqin ki, bu məsələ müvafiq strukturlar qarşısında qaldırılacaq. Hazırda nazirliyin nəzdindəki sosial xidmət göstərən işçilərin ixtisar edilməsi hesabına əmək müfəttişlərinin sayının artırılması, əmək bazarına nəzarətin gücləndirilməsi məsələləri, eləcə də əmək müfəttişlərinə əməyin mühafizəsi və əməyin təhlükəsizliyinə nəzarət edilməsi ilə bağlı istənilən obyektə dərhal girib yoxlamaq səlahiyyətlərinin verilməsi istiqamətində müəyyən tədbirlər görülür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti