...

Baş prokuror jurnalistin döyülməsi ilə bağlı araşdırmanı nəzarətə götürüb

Cəmiyyət Materials 17 Sentyabr 2014 18:02 (UTC +04:00)
Müraciətdə qeyd edilən xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılmaqla qanunamüvafiq qərarın qəbul edilməsi barədə göstəriş verilib.
Baş prokuror jurnalistin döyülməsi ilə bağlı araşdırmanı nəzarətə götürüb

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir İlkin İzzət/

Jurnalist Tapdıq Fərhadoğlunun döyülərək xəsarət alması ilə bağlı Yasamal rayon prokurorluğuna etdiyi müraciət üzrə araşdırmanın qeyri-obyektiv aparılması barədə kütləvi informasiya vasitələrində dərc edilmiş məqalədə göstərilənlərlə əlaqədar araşdırma Baş prokuror Zakir Qaralov tərəfindən nəzarətə götürülüb. Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

Müraciətdə qeyd edilən xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılmaqla qanunamüvafiq qərarın qəbul edilməsi barədə göstəriş verilib.

Xatırladaq ki, fevralın 20-də Bakı Dövlət Universitetinin mühafizə xidmətinin rəhbəri Mahir Höcətovun tələbələrin etiraz aksiyasını çəkən jurnalist T.Fərhadoğlunun kürəyinə və başına arxadan bir neçə təpik və yumruq vurduğu iddia edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti