...

Bakıda qadın həbsxanasında konsert olub (FOTO)

Cəmiyyət Materials 18 Sentyabr 2014 18:32 (UTC +04:00)
Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin qadın məhkumların saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsində tədbir keçirilib.
Bakıda qadın həbsxanasında konsert olub (FOTO)

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin qadın məhkumların saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsində tədbir keçirilib.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Ombudsman Aparatının, Səbail rayon İcra Hakimiyyətinin və Penitensiar Xidmətin birgə təşkil etdiyi tədbir Milli Musiqi Gününə həsr olunub.

Bayram konsertində Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova, Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova və Penitensiar Xidmətin məsul əməkdaşları iştirak ediblər. Məhkum qadınların görüşünə gəlmiş müğənni Rəqsanə İsmayılova onların qarşısında konsert proqramı ilə çıxış edib.

Sonda məhkumlar üçün bayram süfrəsi təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti