...

Ədliyyə orqanlarında işləmək istəyənlərin nəzərinə

Cəmiyyət Materials 18 Sentyabr 2014 18:37 (UTC +04:00)
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edilir. Bu barədə Trend-ə Ədliyyə Nazirliyindən məlumat verilib.
Ədliyyə orqanlarında işləmək istəyənlərin nəzərinə

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İlkin İzzət/

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edilir. Bu barədə Trend-ə Ədliyyə Nazirliyindən məlumat verilib.

Nazirliyin Müsabiqə Komissiyası bildirir ki, hazırda növbəti müsabiqə üzrə namizədlərlə fərdi qaydada söhbət keçirilir. Bununla belə, ədliyyə orqanlarında mövcud vakant ştat vahidlərinin komplektləşdirilməsi üçün peşəkar kadrlara olan ehtiyacı nəzərə alaraq yeni açıq müsabiqə elan edilir.

Nazirliyin icra xidmətində, regional ədliyyə və qeydiyyat şöbələrində, həmçinin digər ədliyyə sahələrində olan vakant vəzifələrdə çalışmaq üçün "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanunun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları müsabiqəyə dəvət olunur.

Müsabiqədə iştirak etmək arzusunda olanlar ərizələrini 2014-cü ilin sentyabr ayının 17-dən etibarən aşağıda göstərilən ünvanlarda - nazirliyin inzibati binasında, Şəki regional ədliyyə şöbəsində, Sumqayıt regional ədliyyə şöbəsində, Şirvan regional ədliyyə şöbəsində, İmişli regional ədliyyə şöbəsində, Xaçmaz regional ədliyyə şöbəsində, Göyçay regional ədliyyə şöbəsində, Lənkəran regional ədliyyə şöbəsində, Bərdə regional ədliyyə şöbəsində, Şəmkir regional ədliyyə şöbəsində, Gəncə regional ədliyyə şöbəsində təqdim edə və ya nazirliyin elektron poçtuna ([email protected]) göndərə bilərlər.

Xatırladaq ki, müsabiqənin birinci mərhələsində - test imtahanında iştirak etmək arzusunda olanların yalnız müvafiq formada ərizə ilə müraciət etməsi kifayətdir. Ərizə formasını qurumun internet səhifəsindən (www.justice.gov.az), nazirlikdə və ya regional ədliyyə şöbələrində əldə etmək mümkündür.

Qaydalara əsasən, test imtahanında uğur qazanmış namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.

Bundan əlavə, hazırkı müsabiqədə iştirak edəcək hüquqşünaslar üçün də test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə köməklik məqsədilə Ədliyyə Akademiyasında müvafiq hazırlıq kursunun təşkili nəzərdə tutulub.

Test imtahanının və hazırlıq kursunun vaxtı və yeri barədə əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti