...

"Azərkosmos"un nizamnamə kapitalının məbləği və səhmlərinin sayı artırılıb

Cəmiyyət Materials 20 Sentyabr 2014 10:18 (UTC +04:00)
"Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının məbləği və səhmlərinin sayı artırılıb.
"Azərkosmos"un nizamnamə kapitalının məbləği və səhmlərinin sayı artırılıb

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

"Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının məbləği və səhmlərinin sayı artırılıb.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı 2010-cu il 23 dekabr tarixli qərarla təsdiqlənmiş "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi"ndə dəyişiklik edilib.

Yeni qərara əsasən, cəmiyyətin nizamnamə kapitalı 40 milyon manatdan 63 610 600 manata yüksəldilib.

İndiyədək cəmiyyətin nizamnamə kapitalı nominal dəyəri 20 manat olan 2 milyon ədəd sənədsiz, adlı, adi səhmlərdən ibarət olduğu halda, yeni qərarla səhmlərin sayı 3 180 530-a çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti