...

Bakıda temperatur yenidən enəcək, şimal küləyi əsəcək

Cəmiyyət Materials 20 Sentyabr 2014 12:55 (UTC +04:00)
Sabah havanın temperaturu yenidən enəcək, Bakı və Abşeron yarımadasında havanın temperaturu 25 dərəcədən yüksək olmayacaq.
Bakıda temperatur yenidən enəcək, şimal küləyi əsəcək

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah havanın temperaturu yenidən enəcək, Bakı və Abşeron yarımadasında havanın temperaturu 25 dərəcədən yüksək olmayacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, sentyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 18-20, gündüz 20-25 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində sentyabrın 21-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti