...

ASAN bir qrup neftçiyə yeni ümumvətəndaş pasportları təqdim edib (FOTO)

Cəmiyyət Materials 20 Sentyabr 2014 17:13 (UTC +04:00)
“Əsrin müqaviləsi” sazişinin bağlanmasının 20-ci ildönümü və “Neftçilər günü” münasibəti ilə “ASAN xidmət”, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birgə təşkilatçılığı ilə tədbir təşkil olunub.
ASAN bir qrup neftçiyə yeni ümumvətəndaş pasportları təqdim edib (FOTO)

Azərbaycan, Bakı, 20 sentyabr /Trend/

"Əsrin müqaviləsi" sazişinin bağlanmasının 20-ci ildönümü və "Neftçilər günü" münasibəti ilə "ASAN xidmət", Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birgə təşkilatçılığı ilə tədbir təşkil olunub.

Trend-in məlumatına görə, tədbir çərçivəsində Çilov adasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeyində olan qurumlarda çalışan bir qrup neftçiyə və onların ailə üzvlərinə Səyyar ASAN xidmət vasitəsi ilə şəxsiyyət vəsiqələri və yeni ümumvətəndaş pasportları təqdim olunub.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır

Məqalədə:
Xəbər lenti

Xəbər lenti