...

Azərbaycanda havanın temperaturu nisbətən yüksələcək

Cəmiyyət Materials 22 Sentyabr 2014 13:47 (UTC +04:00)
Sabah Azərbaycanda havanın temperaturu ötən günlərlə müqayisədə bir qədər yüksələcək.
Azərbaycanda havanın temperaturu nisbətən yüksələcək

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Azərbaycanda havanın temperaturu ötən günlərlə müqayisədə bir qədər yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, sentyabrın 20-si axsamdan 22-si səhərədək ölkə ərazisində hava qeyri-sabit davam edib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensivləşib. Ən çox yağış Qəbələ rayonundakı Dəmiraparan çay məntəqəsində (51 mm) qeydə alınıb.

Yağan yağışla əlaqədar Qəbələ rayonu əraziisndən axan Dəmiraparan çaydan və Bumçaydan qısamüddətli daşqın və sel keçib. Vizual müşahidələrə əsasən, Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində qar yağıb.

Sentyabrın 23-də Bakıda və Abşeron yarımadasında gecə və səhər hava şəraitinin tutqun olacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz şimal küləyi cənub küləyi ilə əvəz olunacaq.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 17-20, gündüz 23-28 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində sentyabrın 23-də gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı proqnozlaşdırılır. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Gündüz hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək

Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti