...

Azərbaycan sinoptiklərindən xəbərdarlıq: Sentyabrın 25-dən hava şəraiti kəskin pisləşəcək

Cəmiyyət Materials 22 Sentyabr 2014 14:28 (UTC +04:00)
Sentyabrın 25-dən ölkə ərazisində havanın temperaturu yenidən 5-10 dərəcə enəcək, hava yağıntılı olacaq, bəzi ərazilərdə yağıntı intensivləşəcək.
Azərbaycan sinoptiklərindən xəbərdarlıq: Sentyabrın 25-dən hava şəraiti kəskin pisləşəcək

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan sinoptikləri sentyabrın 25-dən ölkə ərazisində hava şəraitinin kəskin pisləşəcəyi barədə xəbərdarlıq edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, sentyabrın 25-dən ölkə ərazisində havanın temperaturu yenidən 5-10 dərəcə enəcək, hava yağıntılı olacaq, bəzi ərazilərdə yağıntı intensivləşəcək.

Bakıda və Abşeron yarımadasında sentyabrın 23-ü axsamdan başlayaraq 24-ü gündüzə kimi cənub-qərb küləyinin güclənəcəyi, 24-də axsama doğru şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Sentyabrın 25-də güclü küləkli hava davam edəcək. Həmin müddət ərzində şimal-qərb küləyinin arabir güclənəcəyi ehtimal olunur.

Sentyabrın 25-də yağış yağacağı gözlənilir. Sentyabrın 24-də havanın temperaturu 28-33 dərəcəyə yüksələcək. Sentyabrın 25-də isə temperatur 5-10 dərəcə enəcək və temperatur 20-23 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 23-də gecəyə doğru bəzi rayonlarda cənub-qərb küləyinin güclənəcəyi, 24-dən gündüz şimal-qərb küləyi ilə əvəz olunacağı, 25-dək güclü küləkli hava şəraitinin davam edəcəyi proqnozlaşdırılır. Bəzi Kür vadisi rayonlarında, eyni zamanda, Böyük və Kiçik Qafqazın ayrı-ayrı rayonlarında küləyin ani maksimal sürətinin daha da güclənəcəyi ehtimal olunur.

Sentyabrin 24-ü axşamdan 26-sı gündüzə kimi şimşək çaxacağı, yağış yağacağı, bəzi rayonlarda intensivləşəcəyi, dağlıq və dağətəyi rayonlarda daha da güclü olacağı gözlənilir.

Sentyabrın 24-də Naxçıvan Muxtar Respublikasında və Aran rayonlarında gündüz havanın temperaturu 30-35, dağlıq rayonlarda 21-26 dərəcəyə yüksələcək, ayın 25-də temperatur 5-10 dərəcə enəcək.

İlkin proqnozlara görə, belə hava şəraitinin sentyabrın 25-də və 26-da müşahidə ediləcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti