...

Bakıda ucuz qurbanlıq heyvanlar

Cəmiyyət Materials 22 Sentyabr 2014 16:46 (UTC +04:00)
Bakıda qurbanlıq heyvanların satışı təşkil ediləcək.
Bakıda ucuz qurbanlıq heyvanlar

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Bakıda qurbanlıq heyvanların satışı təşkil ediləcək.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qurban bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları tərəfindən heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə bayram günlərində Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə bazardakı qiymətlərlə müqayisədə daha ucuz qurbanlıq heyvanların satışı təşkil ediləcək.

Satış yerlərinin ünvanları barədə əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti