...

Abşeron yarımadasında yaşayan insanların nəzərinə

Cəmiyyət Materials 22 Sentyabr 2014 17:04 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu Abşeron yarımadasında apardığı tədqiqatlar nəticəsində burada neftlə çirklənməyə çox, nisbətən az məruz qalan və heç məruz qalmayan, yəni landşaftları neftlə çirklənməmiş təmiz əraziləri müəyyənləşdirib.
Abşeron yarımadasında yaşayan insanların nəzərinə

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu Abşeron yarımadasında apardığı tədqiqatlar nəticəsində burada neftlə çirklənməyə çox, nisbətən az məruz qalan və heç məruz qalmayan, yəni landşaftları neftlə çirklənməmiş təmiz əraziləri müəyyənləşdirib.

İnstitutun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin elmi işçisi, coğrafiya elmləri namizədi Qalib Rüstəmov Trend-ə bildirib ki, "Abşeron yarımadasında neftlə çirklənmiş landşaftların ekogeokimyəvi xüsusiyyətləri və onların yaxşılaşdırılması yolları" mövzusunda aparılan tədqiqat zamanı Sabunçu rayonunun Balaxanı, Ramana, Zabrat qəsəbələri, Qaradağ rayonunun Lökbatan, Səngəcal qəsəbələrinin neftlə çirklənməyə çox məruz qaldığı məlum olub.

Neftlə az çirklənmiş və nisbətən təmiz sayılan ərazilər isə Qobustan rayonu və Xəzər rayonunun Dübəndi qəsəbəsidir.

Q.Rüstəmov deyib ki, əvvəl Abşeron yarımadasında neftlə çirklənməmiş ərazinin olmadığı qənaətində olsalar da, bu tədqiqatlardan sonra bəzi ərazilərin landşaftlarının neftlə çirklənməyə məruz qalmadığı məlum olub. Həmin ərazilər Xırdalan şəhəri, Sumqayıt şəhərinin H.Zeynalabdin qəsəbəsi, Xızı rayonunun Yeni Yaşma kəndi, Şurabad qəsəbəsi, Abşeron rayonunun Güzdək, Fatmayı qəsəbələri və Qobustan rayonunda Bayanata adlanan yerdir (Güzdəyə yaxın yerdir, amma orada əhali məskunlaşmayıb).

Elmi işçi qeyd edib ki, bu tədqiqatların davamı olaraq, neftlə çirklənmə vəziyyətinin qeyd edilən ərazilərdə yaşayan insanların, heyvanların və bitkilərin həyatına təsiri araşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti