...

Səhiyyə Nazirliyi özəl tibb müəssisələrinin rəhbərləri üçün təlimlər keçirəcək

Cəmiyyət Materials 22 Sentyabr 2014 17:11 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi özəl tibb müəssisələrinin rəhbərləri və mütəxəssisləri üçün təlimlər keçirəcək.
Səhiyyə Nazirliyi özəl tibb müəssisələrinin rəhbərləri üçün təlimlər keçirəcək

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi özəl tibb müəssisələrinin rəhbərləri və mütəxəssisləri üçün təlimlər keçirəcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, təlim "Tibb müəssisələrində kadr işinin təşkili" mövzusunda olacaq.

Təlimin mövzusu kadr işinin təşkili, işçi heyətin şəxsi işlərinin formalaşdırılması qaydaları, işçi heyətlə əmək münasibətlərinin qanunvericiliyə əsasən tənzimlənməsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində tibbi praktika ilə məşğul olması şərtləri və qaydaları, xaricdə təhsil almış şəxslərin diplomunun nostrifikasiyası qaydaları olacaq.

Səhiyyə Nazirliyi təlimdə iştirak etmək üçün müraciətləri noyabrın 1-dək qəbul edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti