...

Azərbaycanda mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satan dələduzlar ifşa olunub

Cəmiyyət Materials 23 Sentyabr 2014 16:48 (UTC +04:00)
“Dağlar” MTK-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.
Azərbaycanda mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satan dələduzlar ifşa olunub

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İlkin İzzət/

"Dağlar" MTK-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Dağlar" Mənzil-Tikinti Kooperativinin (MTK) vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə ayrı-ayrı vətəndaşların 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciətləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı MTK-nın vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən və vətəndaşların etibarından sui-istifadə edərək Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2-ci yaşayış massivində və Nərimanov rayonu, Təbriz küçəsi, 855-ci məhəllədə kooperativin inşa etdiyi çoxmərtəbəli yaşayış binalarında 443 min 550 manat məbləğində satılmış mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satmaqla dələduzluq yolu ilə külli miqdarda özgə əmlakını talamalarında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti