...

Azərbaycan dövlət qulluğu göstərən qurumların beynəlxalq assosiasiyasının yaradılmasını təklif edib

Cəmiyyət Materials 24 Sentyabr 2014 10:37 (UTC +04:00)
"Hazırda "ASAN xidmət" mərkəzlərinə gün ərzində 2 mindən çox vətəndaş baş çəkir. Son 20 ay ərzində 3 milyon əhali "ASAN xidmət"dən faydalana bilib.
Azərbaycan dövlət qulluğu göstərən qurumların beynəlxalq assosiasiyasının yaradılmasını təklif edib

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir İlkin İzzət/

"Hazırda "ASAN xidmət" mərkəzlərinə gün ərzində 2 mindən çox vətəndaş baş çəkir. Hazırda 6 ölkədə xidmət göstərən mərkəz var. Son 20 ay ərzində 3 milyon əhali "ASAN xidmət"dən faydalana bilib. Buradakı vətəndaş məmnunluğunun səviyyəsi 98%-ə qalxıb. Xidmətin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir".

Trend xerir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri İnam Kərimov Azərbaycan Respublikasının Avropa Şurası Nazirlər Komitəsində (AŞ NK) sədrliyi çərçivəsində Bakıda "İnsan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi" mövzusunda keçirilən beynəlxalq konfransın açılış mərasimində çıxışı zamanı bildirib.

Azərbaycanın AŞ NK-ya sədrliyi dövründə Azərbaycanın AŞ ilə əlaqələrinin daha da gücləndiyini deyən Dövlət Agentliyi sədrinin sözlərinə görə, Bakıda belə bir mövzuda konfransın keçirilməsi Azərbaycan üçün çox vacibdir: "Çünki bu mövzu çox genişdir və bizim üçün əhəmiyyətlidir. Bu məsələ hazırda Azərbaycan üçün prioritet istiqamətlərdəndir. Prezident İlham Əliyevin rəhbərliyi altında bu sahədə ölkədə böyük islahatlar həyata keçirilib".

Azərbaycanda "ASAN xidmət"in yaradılması və onun vətəndaşlara xidmət göstərilməsində rolu barədə geniş məlumat verən İ.Kərimov qeyd edib ki, şəaffaflıq bu xidmətin işində əsas prinsipidir. Onun fikrincə, bu sistem Azərbaycan cəmiyyətində dövlət qurumları tərəfindən vətəndaşlara xidmət sahəsində yeni mühit yaradıb. Şəffaflıq, korrupsiyaya qarşı mübarizə, vətəndaşlara səmərəli xidmət göstərilməsi insanlar tərəfindən müsbət qarşılanır.

Agentlik rəhbəri bildirib ki, hazırda Azərbaycan qabaqcıl təcrübədən çıxış edərək vətəndaşlara daha yaxşı dövlət qulluğu göstərməyə çalışır.

İ.Kərimov dövlət qulluğu göstərən qurumların beynəlxalq assosiasiyasının yaradılmasını təklif edib. Onun fikrincə, bu sahədə beynəlxalq təcrübə mübadiləsi aparmaqla daha çox uğur əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti