...

İnam Kərimov: "Cənub Qaz Dəhlizi" ilə əlaqədar Hacıqabulda vətəndaşlara xidmət sahəsində işlər başa çatmaq üzrədir

Cəmiyyət Materials 24 Sentyabr 2014 11:15 (UTC +04:00)
"Cənub Qaz Dəhlizi"nin fəaliyyətinin təmin edilməsi, habelə Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsinin yerinə yetirilməsi zamanı müvafiq torpaq sahələrinə və digər daşınmaz əmlak obyektlərinə dair mülkiyyət, istifadə və icarə hüquqlarının əldə edilməsi ilə əlaqadar Hacıqabul rayonunda vətəndaşlara xidmət sahəsində görülən işlər başa çatmaq üzrədir.
İnam Kərimov: "Cənub Qaz Dəhlizi" ilə əlaqədar Hacıqabulda vətəndaşlara xidmət sahəsində işlər başa çatmaq üzrədir

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir İlkin İzzət/

"Cənub Qaz Dəhlizi"nin fəaliyyətinin təmin edilməsi, habelə Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsinin yerinə yetirilməsi zamanı müvafiq torpaq sahələrinə və digər daşınmaz əmlak obyektlərinə dair mülkiyyət, istifadə və icarə hüquqlarının əldə edilməsi ilə əlaqadar Hacıqabul rayonunda vətəndaşlara xidmət sahəsində görülən işlər başa çatmaq üzrədir. Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri İnam Kərimov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, "ASAN xidmət" sentyabrın 20-dən etibarən Azərbaycan Prezidenti İlham Əliyevin 10 sentyabr 2014-cü il tarixli Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar torpaq sahələri və digər daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi prosesinin daha səmərəli təşkili ilə bağlı tədbirlər haqqında Fərmanından irəli gələn məsələlərin icrasına başlayıb: "Proses Abşeron rayonundan Ağstafa rayonunadək 424 km məsafəni əhatə edir. Azərbaycan təbii qazının dünya bazarına nəqli ilə əlaqədar "Cənub Qaz Dəhlizi"nin fəaliyyətinin təmin edilməsi, habelə Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsinin yerinə yetirilməsi zamanı müvafiq torpaq sahələrinə və digər daşınmaz əmlak obyektlərinə dair mülkiyyət, istifadə və icarə hüquqlarının əldə edilməsi prosesi çərçivəsində 13 rayonda 109 kənddə bir sıra xidmətlər göstərilməsinin təşkili məqsədi ilə artıq zəruri addımlar atılır. İlk olaraq bu məqsədlə "ASAN xidmət"in müasir texnoloji avadanlıqlarla təchiz edilmiş avtobusları vasitəsilə vətəndaşlara səyyar formada xidmətə Hacıqabul rayonundan başlanılıb və artıq orada işlər başa çatmaq üzrədir. Növbəti günlərdə bu proses digər rayonlarda davam etdiriləcək".

Qeyd edək ki, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Milli Arxiv İdarəsi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Əmlak Məsələləri Dövlət Komitəsi, həmçinin yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən həyata keçirilir.

Bu xidmətlərə aşağıdakılar daxildir:

- vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
- notariat fəaliyyəti;
- şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
- daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı ilə bağlı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan bütün xidmətlər;
- hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi;
- torpaq sahəsinin plan-ölçüsü, bələdiyyə mülkiyyətinə ayrılan torpaq sahələrinin yerquruluşu planları, torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərlə bağlı arayışların verilməsi və digər torpaq kadastrı xidmətləri;
- müvafiq ərazi üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində olan torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin icarəyə verilməsinə razılıq verilməsi;
- müvafiq ərazi üzrə dövlət mülkiyyətində olan torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin istifadəyə və icarəyə verilməsi;
- müvafiq ərazi üzrə bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi ilə əlaqədar sənədlərin qəbulu və təqdim edilməsi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti