...

Azərbaycan ərazisində hava nisbətən mülayimləşəcək

Cəmiyyət Materials 30 Sentyabr 2014 12:44 (UTC +04:00)
Sabah Azərbaycan ərazisində hava nisbətın mülayimləşəcək, temperatur bir qədər yüksələcək.
Azərbaycan ərazisində hava nisbətən mülayimləşəcək

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Azərbaycan ərazisində hava nisbətən mülayimləşəcək, temperatur bir qədər yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 15-17, gündüz 20-24 dərəcə isti olacaq.

Sabah Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir.

Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Aran rayonlarında gecə 10-15, gündüz 19-24, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti