...

Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub (FOTO)

Cəmiyyət Materials 30 Sentyabr 2014 14:07 (UTC +04:00)
30 sentyabr 2014-cü il tarixində 01 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirildi.
Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir İlkin İzzət/

1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə sentyabrın 30-da Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirilib.

Trend xəbər verri ki, tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə bütün prokurorluq işçilərini təbrik edib. O, qeyd edib ki, prokurorluq orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın Ümummilli lideri, ulu öndər Heydər Əliyevin müstəsna rolu olub.

İcra başçısı bildirib ki, Prezident İlham Əliyev də prokurorluq işçilərinə hər zaman diqqət və qayğıkeşliklə yanaşıb. Bunun nəticəsidir ki, prokurorluq əməkdaşlarının əmək haqları xeyli artırılıb, şəxsi heyətin məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb.

Tədbirdə prokurorluq orqanlarının qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət etdiyi vurğulanıb.

Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən rayon prokuroru Fəxrəddin PənahovA və prokurorluğun digər əməkdaşlarına fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti