...

Almaniyalı deputata Azərbaycan həqiqətləri ilə bağlı məlumat verilib

Cəmiyyət Materials 30 Sentyabr 2014 14:38 (UTC +04:00)
Bir qrup QHT-nin dəvətilə Azərbaycanda rəsmi səfərdə olan Almaniya Sosial-Demokrat Partiyasının nümayəndəsi, millət vəkili Steffen Klaudio Lemme ölkəmizlə yaxından tanış olub.
Almaniyalı deputata Azərbaycan həqiqətləri ilə bağlı məlumat verilib

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

Bir qrup QHT-nin dəvətilə Azərbaycanda rəsmi səfərdə olan Almaniya Sosial-Demokrat Partiyasının nümayəndəsi, millət vəkili Steffen Klaudio Lemme ölkəmizlə yaxından tanış olub. Almaniyalı deputat ilk öncə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin və görkəmli oftolmoloq Zərifə Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanını, Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.

Trend-in məlumatına görə, qonağa Azərbaycanın milli mədəniyyəti, tarixi, milli musiqisi ilə bağlı məlumat verilib. Daha sonra ermənilərin Azərbaycana təcavüzü, xalqımıza qarşı törədilən qətliamlar, eləcə də Xocalı soyqırımı və digər Azərbaycan həqiqətləri barədə məlumatlar alman millət vəkilinin diqqətinə çatdırılıb.

Quba Memorial Kompleksində olan millət vəkilinə bu kütləvi məzarlığın ermənilərin xalqımıza qarşı törətdiyi qətliamın bariz nümunəsi olduğu bildirilib. "Soyqırım Həqiqətlərinin Tanıdılması" İctimai Birliyinin sədri Ceyhun Ələkbərov bütün bunlara rəğmən dünya ictimaiyyətinə erməni diasporu tərəfindən yanlış məlumatlar ötürülməsindən təəssüfləndiyini vurğulayıb. Deputat ölkəmizdə olmasından məmnun olduğunu, tarixi bilgilərə görə, təşəkkürünü bildirib. Xüsusilə, Azərbaycan xalqının qonaqpərvər, istiqanlı və dost xalq olduğunu, belə səfərlərin iki xalq arasında dostluq bağlarının daha da güclənməsinə təsir etdiyini, Azərbaycanın zəngin mədəniyyətə malik olduğunu önə çəkib.

Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Qafar Əliyev ölkəmizin tarixi həqiqətləri haqqında məlumat verərək, Qarabağ probleminin baş vermə səbəblərini diqqətə çatdırıb.

Alman-Azərbaycan Gənclər Assosiasiyasinin sədri Raksana Civişova bu kimi səfərlərin Azərbaycanın Almaniyada mövqelərinin güclənməsinə səbəb olduğunu deyib və belə səfərlərin müntəzəm olmasını arzulayaraq, qarşıda bir sıra layihələrin həyata keçiriləcəyini söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti