...

Azərbaycanda yetkinlik yaşına çatmayanlardan ibarət 40-dan çox cinayətkar qrup zərərsizləşdirilib

Cəmiyyət Materials 30 Sentyabr 2014 19:16 (UTC +04:00)
Azərbaycanda yetkinlik yaşına çatmayanlardan ibarət 40-dan çox cinayətkar qrup zərərsizləşdirilib.
Azərbaycanda yetkinlik yaşına çatmayanlardan ibarət 40-dan çox cinayətkar qrup zərərsizləşdirilib

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

Azərbaycanda yetkinlik yaşına çatmayanlardan ibarət 40-dan çox cinayətkar qrup zərərsizləşdirilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu bu gün nazirlikdə keçirilən Kollegiya iclasında çıxışı zamanı DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov deyib.

Onun sözlərinə görə, bütövlükdə son 1 il 6 ay ərzində müxtəlif qanun pozuntularına və nəzarətsizliyə görə polis orqanlarına, xususi qəbul, saxlama və təcridetmə mərkəzlərinə 7890, o cümlədən dilənçilik edən 985 azyaşlı, eləcə də uşaqları qanunazidd fəaliyyətə cəlb edən və cəmiyyətə zidd həyat tərzi keçirən 297 valideyn gətirilərək barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

C.Məmmədov qeyd edib ki, bununla yanaşı, 117 cinayət törətmiş 124 yetkinlik yaşına çatmayandan ibarət 41 qrup zərərsizləşdirilib, 729 cinayət törətmiş 756 azyaşlı müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti