...

Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırıldı

Cəmiyyət Materials 1 Oktyabr 2014 10:48 (UTC +04:00)
Bakı-Sumqayıt yolunun 6-9-cu kilometrliyində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırıldı

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir Emil İsmayılov/

Bakı-Sumqayıt yolunun 6-9-cu kilometrliyində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, həmin avtomobil yolunda tətbiq olunan məhdudiyyət yolun 9-cu km-də dəmir yolu üzərində mövcud körpülərin söküntüsü ilə əlaqədardır. Körpülərin yerində müasir tipli dörd aşırımlı iki ədəd yol ötürücüsü tikiləcək.

P. Mürsəliyev bildirib ki, Bakı-Sumqayıt avtomobil yolunun 6-9-cu km-də tətbiq olunan məhdudiyyət nəqliyyat vasitələrinin hərəkətinə maneə törətmir. Belə ki, alternativ olaraq sürücülər yolun sağ tərəfindən, yəni Biləcəri qəsəbəsindən Bakı-Sumqayıt yolu istiqamətində çəkilən avtomobil yolundan istifadə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti