...

Zakir Qaralov: Goranboyda törədilən kütləvi qətllə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluğunun birgə qrupu yaradılıb

Cəmiyyət Materials 1 Oktyabr 2014 10:51 (UTC +04:00)
Baş prokuror ümid edir ki, hadisəsnin tam obyektiv istinqatı təmin olunacaq.
Zakir Qaralov: Goranboyda törədilən kütləvi qətllə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluğunun birgə qrupu yaradılıb

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxvbir İlkin İzzət/

Goranboyda törədilən kütləvi qətllə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluğunun birgə qrupu hadisə yerinə göndərilib. Trend-in məlumatına görə, bunu jurnalistlərə Baş prokuror Zakir Qaralov bildirib.

Baş prokuror ümid edir ki, hadisəsnin tam obyektiv istinqatı təmin olunacaq: "Belə bir hadisənin baş verməsinə çox təəssüf edirik. Hadisə ailə münaqişəsi zəminində baş verib. Qətli törədən şəxs tutulub".

Qeyd edək ki, oktyabrın 1-nə keçən gecə Goranboyda evə silahlı hücum nəticəsində 7 nəfər öldürülüb, iki nəfər isə ağır yaralanıb. Qətli törətməkdə şübhəli bilinən kürəkən saxlanılıb. O, 1978-ci il təvəllüdlü Rafiq Hüseynovdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti