...

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə edilən zənglərin sayı 5 dəfə artıb

Cəmiyyət Materials 1 Oktyabr 2014 11:51 (UTC +04:00)
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146), Kommutator xidmətinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2014-cü ilin sentyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə edilən zənglərin sayı 5 dəfə artıb

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar xətt" xidməti, telefon: 146), Kommutator xidmətinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2014-cü ilin sentyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Trend nazirliyin saytına istinadən bildirir ki, Telefon Məlumat Mərkəzinə 8010 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfə çox) və Kommutator Xidmətinə 3700-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 8122 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 1610 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1725 sənəd (1116 ərizə, 452 məktub, 157 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlərdə daha çox müəllimlərin işə qəbulu, diplomların tanınması, təhsil sənədlərinin alınması, uşaqların vaxtından əvvəl I sinifə qəbulu, şagirdlərin ümumi təhsil müəssisələrinə yerdəyişməsi və ali təhsil ilə bağlı məsələlər əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti