...

Bakıda Amerika Təhsil Sərgisi keçirilib (FOTO)

Cəmiyyət Materials 1 Oktyabr 2014 17:58 (UTC +04:00)
Bu gün Bakıda ABŞ-ın Dövlət Departamenti və Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunmuş Amerika Təhsil Sərgisi keçirilib.
Bakıda Amerika Təhsil Sərgisi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir Səbinə Əhmədova/

Bu gün Bakıda ABŞ-ın Dövlət Departamenti və Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunmuş Amerika Təhsil Sərgisi keçirilib.

Trend-in məlumatına görə, sərginin məqsədi bütün maraq göstərən şəxsləri bir araya toplayıb ABŞ universitetlərində təhsil alma imkanları haqqında lazımi məlumatla təmin etməkdir. Burada tələbələr, şagirdlər, eləcə də valideynlər Birləşmiş Ştatlarda yerləşən və azərbaycanlı tələbələrlə görüşə gələn ABŞ universitetlərinin nümayəndələri ilə görüşüb, maraqlandıran suallara cavab tapa biliblər.

Yarmarkada 10 ABŞ universiteti və digər ödənişsiz təhsil proqramları təmsil olunub.

Bu müəssisələrin nümayəndələri öz təhsil proqramları və fəaliyyətləri haqqında məlumat veriblər. Yarmarka iştirakçılarına materiallar və
bukletlər təqdim olunub.

Sərgidə ABŞ səfirliyinin nümayəndələri də iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti