...

Müdafiə naziri Silahlı Qüvvələrin şəxsi heyətini Qurban bayramı münasibəti ilə təbrik edib

Cəmiyyət Materials 2 Oktyabr 2014 13:35 (UTC +04:00)
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qurban bayramı münasibəti ilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.
Müdafiə naziri Silahlı Qüvvələrin şəxsi heyətini Qurban bayramı münasibəti ilə təbrik edib

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir İlkin İzzət/

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qurban bayramı münasibəti ilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənov qarşıdan gələn Qurban bayramı münasibəti ilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.

Nazir bildirib: "Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!

Sizi müqəddəs Qurban bayrami münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycanda milli-mənəvi dəyərlərin qorunub saxlanılması, sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Əsas amalı həmrəylik, dostluq, halallıq, bərabərlik və mərhəmət olan Qurban bayramı respublikamızda bütün sahələrdə əldə olunmuş yüksək nailiyyətlərlə qeyd olunur.

Möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında beynəlxalq nüfuzunu və iqtisadi qüdrətini artıran ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı təmin edilmiş, əhalinin həyat səviyyəsi daha da yaxşılaşdırılmış, respublikamızın müdafiə qüdrətinin artırılması sahəsində böyük uğurlara nail olunmuş, müstəqilliyimiz daha da möhkəmlənmişdir.

Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xidmətinizdə müvəffəqiyyətlər arzulayıram".

Qeyd edək ki, Qurban bayramı Azərbaycanda oktyabrın 4-5-də qeyd ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti