...

Penitensiar müəssisələrdə bayram tədbirləri davam edir (FOTO)

Cəmiyyət Materials 6 Oktyabr 2014 11:49 (UTC +04:00)
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Şəki Penitensiar müəssissəsində, İxtisaslaşdırılmış müalicə müəssisəsində, Tərbiyə müəssisəsində, 4, 7, 8, 12 və 15 saylı cəzaçəkmə müəssisələrində Qurban bayramı münasibəti ilə tədbirlər keçirilib.
Penitensiar müəssisələrdə bayram tədbirləri davam edir (FOTO)

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Şəki Penitensiar müəssissəsində, İxtisaslaşdırılmış müalicə müəssisəsində, Tərbiyə müəssisəsində, 4, 7, 8, 12 və 15 saylı cəzaçəkmə müəssisələrində Qurban bayramı münasibəti ilə tədbirlər keçirilib.

Trend Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, müəssisələrdə müxtəlif idman növləri üzrə yarışlar, incəsənət ustalarının iştirakı ilə konsert proqramları və bayram süfrələri təşkil olunub.

Penitensiar xidmətin Baş idarəsinin məsul əməkdaşları və kütləvi informasiya vasitələrinin nümayəndələri bayram tədbirlərində iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti